Gürcüstanın xarici işlər naziri (XİN) Maka Boçorişvili yanvarın 16-da Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
M.Boçorişvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak edəcək.
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 9-cu iclası 2022-ci il dekabrın 15-də Tbilisidə keçirilib.
Xatırladaq ki, M.Boçorişvili bu vəzifəyə 2024-cü il noyabrın sonunda təyin edilib.