7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanın yeni prezidentinin maliyyə hesabatı açıqlandı

Gürcüstanın yeni seçilmiş 5-ci prezidenti Salome Zurabişvili prezident seçkiləri dövründə – avqustun 1-dən noyabrın 28-dək 10,8 milyon lari (4 milyon dollara yaxın) ianə toplayıb.

Banker.az bildirir ki, Gürcüstan Dövlət Audit Xidməti namizədlərin maliyyə hesabatları əsasında məlumat yayıb.

Məlumatda bildirilir ki, hesabat dövründə bütün seçici subyektləri 13,7 milyon lari (5,1 milyon dollardan çox) ianə toplayıblar. Toplanılan ianənin 78,85 faizini hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası dəstəklədiyi namizədə – S.Zurabişviliyə ödəyib.

Xidmətin məlumatında qeyd olunur ki, təkcə ikinci tur ərzində (oktyabrın 29-dan noyabrın 28-dək) Salome Zurabişvili 5,4 milyon lari (2 milyon dollara yaxın) ianə toplaya bilib. S.Zurabişvili ikinci tur öncəsi 5 milyon lari (1,8 milyon dollar) xərcləyib. Onun əsas rəqibi olan müxalifətin namizədi Qriqol Vaşadze isə bütün seçki kampaniyası dövründə 1,7 milyon lari (634,6 min dollar) ianə toplayıb. Bu da S.Zurabişvilinin topladığı vəsaitdən 6 dəfə azdır. Q.Vaşadze birinci turda 718 min 700 lari toplamışdı.

Xatırladaq ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səs toplayaraq ölkənin 5-ci prezidenti seçilib. Onun lehinə 1 milyon 147 min 710 seçici səs verib. Q.Vaşadze isə 40,48 faiz səs toplayıb (780 min 680 seçici).

©AzerTag

Son xəbərlər
Digər xəbərlər