4 C
Baku
Tuesday, December 24, 2024

Gürcüstanla Azərbaycan arasında bəyannamə imzalandı

Gürcüstan və Azərbaycanın Ədliyyə nazirlikləri arasında ilk dəfə baş tutan təcrübə mübadiləsi və hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyan hüquq forumu birgə bəyannamənin hazırlanması ilə başa çatıb.

Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Batumidə keçirilən tədbiri ədliyyə nazirinin birinci müavini yekunlaşdırıb.

Tamar Tkeşelaşvili forum iştirakçılarına – Gürcüstan və Azərbaycanın Ədliyyə nazirliklərinin, ədliyyə, prokurorluq, hüquqşünaslar korpusunun nümayəndələrinə səmərəli və maraqlı fəaliyyətlərinə görə təşəkkür edib və birgə bəyannamənin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Gürcüstan-Azərbaycan hüquq forumu hər il keçiriləcək və bu foruma öz növbəsində Gürcüstan və Azərbaycan ev sahibliyi edəcək.

Son xəbərlər
Digər xəbərlər