Gürcüstanla Azərbaycan arasında “Laqodexi” gömrük-buraxılış məntəqəsi bu il açılacaq.
Bunu ölkənin maliyyə naziri Laşi Xuçsuşvili deyib.
Onun sözlərinə görə, hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 gömrük-buraxılış məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri dəmir yoluna aiddir.
Nazir əlavə edib ki, ölkənin sərhədlərində yerləşən digər gömrük-buraxılış məntəqələrində də təmir və infrastrukturun bərpası işləri aparılacaq.
Qeyd edək ki, “Laqodexi” gömrük-buraxılış məntəqəsi təmir səbəbindən bağlanmışdı. Azərbaycanda 2020-ci ilin martından quru sərhədləri bağlı olduğu üçün bu məntəqənin açılması onun istifadəyə veriləcəyi mənasına gəlmir.