Gürcüstanlı iş adamı, “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin var-dövləti 7 milyard dolları ötüb.
Bu barədə məlumatı “Sputnik Georgia” yayıb.
Bildirilib ki, “Bloomberg”in milyaderlər indeksinə əsasən, 2024-cü ilin əvvəlindən o, sərvətini 400 milyon dollar artırıb.
Məlumata görə, B.İvanişvili bu göstərici ilə dünya üzrə varlılar siyahısında 393-cü yerdədir.