28 C
Baku
Saturday, August 13, 2022

Güzəştli kredit verilən investisiya layihələrinin sayı 2 dəfə artıb – Yenilənib

2022-ci ilin yanvar-iyul ayları ərzində sahibkarların 1 589 investisiya layihəsinin maliyyələşdirilməsinə 65.7 mln. manat güzəştli kredit verilib.

Banker.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə güzəştli kredit mexanizmi çərçivəsində 774 layihə maliyyələşdirilib və bu məqsədlə 42.9 mln. manat vəsait ayrılıb.

2022-ci ilin ötən dövrü ərzində sahibkarların 1589 layihəsinin maliyyələşdirilməsinə 65,7 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyatın sahələri üzrə verilmiş kredit sayının 96,3%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 2,5%-i sənaye məhsullarının istehsalı və emalı, 0,4 %-i turizm, 0,8%-i isə digər (xidmət, tibb və s.) sahələrin inkişafına yönəldilib.

Kreditlərin məbləğ üzrə 71%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 14,8%-i sənaye məhsullarının istehsalı və emalı, 2%-i turizm, 12,2%-i isə digər (xidmət, tibb və s.) sahələrin payına düşür.

Son xəbərlər
Oxşar xəbərlər