9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Güzəştli kreditlərin, qrant müqavilələrinin qeydiyyatı ilə bağlı İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1700-dən çox müraciət daxil olub

Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1700-dən çox müraciət daxil olub.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlər əsasən, istehlakçıların hüquqlarının qorunması, qrant müqavilələrinin qeydiyyatı, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi mexanizmləri, reklam qanunvericiliyi, həmçinin Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Son xəbərlər
Oxşar xəbərlər