6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Güzəştli kreditlərlə bağlı məsələ nə yerdədir?

Azərbaycanda koronavirus (Covid-19) pandemiyasından sahibkarlara dəyən zərərin qarşısınln alınması məqsədi ilə dövlət tərəfindən faiz dərəcələrinin subsidyalaşmış kreditlər təklif edilir. Zəmanətli və subsidyalaşmış krediti sifariş vermək istəyən İqtisadiyyat Nazirliyinin e-edf.gov.az platformasından verir. Bu bildiyimiz kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və müvəkkil banklar tərəfindən bu kreditlərin sifarişi qəbul edilir, təhlil edilir və sahibkarlara bu kreditin düşüb-düşməməsi analiz edilir.

Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil edilir.

Biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, sahibkarlar kredit üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə İqtisadiyyat Nazirliyində və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır, eləcə də müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, vaxta və xərclərə qənaət olunur.

5 avqust tarixinədək Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 630 milyon manat olan 2000-dən çox müraciət daxil olub. Həmin kreditlərdən 98 müraciətə “hə” cavabı artıq verilib ki, bu zəmanətli kreditlərin məbləği 12.5 mln. manatdır.

Lakin, buna baxmayaraq bir sıra sahibkarlar SİF-in, müvəkkil bankların və eləcə də Vergi orqanın onların kredit müraciətinə adekvat cavab alınmadığını iddia edərək narazılıq edirlər. Məsələn, SİF-ə yaxın bir mənbə bildirir ki, “sahibkarların özləri indiyə qədər vergi ödəməsi üzrə dövriyyələr nəzərə alınaraq həmin kreditlər təyin edilir”. İş burasıdır ki, sahibkarlar “qara mühasibatla” banklardan kredit cəlb etmə imkanını artıq görüblər. Məsələn, sahibkar 500 min manatlıq platforma üzərindən kredit sifariş verib. Lakin, platforma bu sahibkarın vergi ödənişlərini nəzərə alaraq sifarişinə iddia olunan məbləğin düşmədiyini cavab göndərir. Əslində, rəsmi vergi ödənişinin realdan az qala üç dəfə kiçik göstərdiyi üçün indi ona həmin məbləğin təyin edilməsi qeyri-mümkündür.

Hazırda krediti verəcək müvəkkil – 20 bank və 1 bank olmayan kredit təşkilatı vardır. Sahibkarlar platforma üzərindən 3 bankı seçmə imkanı yaradılır. Lakin, bu məsələdə aktiv iştirak edəcək çox az banklar vardır. Baxmayaraq ki, 30 iyundan bu subsidiyalı kreditlərin verilməsinə start verilməsinə start verib, müvəkkil kredit təşkilatlarının yalnız altısı bu məsələdə daha aktiv iştirak ediblər. Bu barədə sahibkarlardan alınan sorğularda bildirilir.

Banker.az-a turizm sahəsində fəaliyyət göstərən sahibkar kreditdən yararlandığını açıqlasa da bəzi nüanslardan narazıdır. O, bildirir ki, artıq bankın “növbəti aydan kredit borcu üçün ödəniş” tələb etməsi bir qədər mübahisə yaradır. Adının çəkilməsini istəməyən sahibkar bildirir ki, “bank məndən bunu necə tələb edə bilər ki, əgər sektorumuz [turizm] hələ də fəaliyyət göstərmirsə?”.

Bildirək ki, “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda qeyd edilir ki, bu kreditlər üçün güzəşt müddəti 12 aya (bir il) qədərdir.

Bu məsələ ilə bağlı sorğu SİF-ə göndərilib.

Son xəbərlər
Oxşar xəbərlər