32 C
Baku
Monday, July 22, 2024

Güzəştli şərtlərlə satışa çıxarılan 500 MİDA mənzili 5 saniyədə satılıb

Bu gün MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib.
Məlumata görə, baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur. Vətəndaşlar 500-ə yaxın mənzilin müəmmalı şəkildə 3-4 saniyədə satıldığını deyirlər.
Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay müddətində DEMO versiya aktiv olub. Əvvəlkilərdən fərqli olaraq satışın hətta 4 san. müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.
Ekspert Osman Gündüz bildirir ki, onlayn satış prosesini xeyli sayda dövlət qurumları və beynəlxalq qurum izləyir. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik.
Son xəbərlər
Digər xəbərlər