Əmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan ediləcək.
Bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan ediləcək.
Mövcud qanunvericiliyə görə, işçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.








