1 C
Baku
Saturday, December 14, 2024

Güzəştli ipoteka təkcə dövlət quluqçularına şamil edilməməlidir, deputat deyir

Güzəştli ipoteka təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət və incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün sığınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur:

“Mədəniyyət bir ölkənin pasportudur, çünki bir çox sahələri özündə birləşdirir. Əlbəttə, mədəniyyətə daha çox diqqət ayrılmalıdır. Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox diqqət ayırılmalıdır. İstər bədii, istərsə də sənədli filmlər olsun, illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir, ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha çox vəsaitin ayrılmasına ehtiyac var”.

J.Əliyeva vurğulayıb ki, bütün məsələlərin həllini sadəcə dövlətdən gözləmək olmaz: “İş adamları və özəl şirkətlər də bu məsələdə aktiv olmalıdır. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsində sponsorluq məsələsinə toxunub. Dövlət özəl sektora kifayət qədər gözəl şərait yaradır. Özəl müəssisələr də bu məsələlərdə dövlətə yardımçı olmalıdır”.

Son xəbərlər
Digər xəbərlər