8 C
Baku
Sunday, November 17, 2024

Güzəştli kreditlər ən çox iqtisadiyyatın hansı sahələrinə verilib?

2022-ci ilin yanvar-may ayları ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 97,1%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 1,8%-i sənaye məhsullarının istehsalı və emalı, 0,3 %-i logistika, 0,8%-i isə digər sahələrin (turizm, tibb və s.) inkişafına yönəldilib.

Banker.az bu barədə Sahibkarlığın İnkişafı Fonduna istinadən xəbər verir.

Kreditlərin məbləğ üzrə 72,7%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 7,6%-i sənaye məhsullarının istehsalı və emalı, 15,6 %-i logistika, 4,1%-i isə digər sahələrin (turizm, tibb və s.) payına düşür.

sh

Son xəbərlər
Digər xəbərlər