6 C
Baku
Sunday, December 15, 2024

Güzəştli mənzil alanlar Azər Türk Banka elektron qaydada müraciət edəcəklər®

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2019-cu il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə yalnız ilkin razılıq qərarını almış və “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxslər seçə bilərlər.

Məhz bu səbəbdən Azər Türk Bank müştərilərinin rahatlığını fikirləşərək, ilkin razılıq qərarının alınması üçün müraciəti elektron qaydada həyata keçirir. Bu, həm çox rahat, həm də istifadəçilərin əldə edə biləcəkləri kreditin məbləğini və müddətini, kredit üzrə aylıq ödənişləri öncədən müəyyən edərək onların uyğun mənzil seçmələrinə köməkdir.

Bank mütəxəssisləri vətəndaşların sayta daxil olması, əməliyyatları rahat həyata keçirə bilmələri üçün ən optimal və sadələşdirilmiş sistem tətbiq etmişlər. Belə ki, ilkin razılıq qərarını almaq istəyən şəxs  Bankın rəsmi internet səhifəsində yerləşən “MİDA” MMC xətti ilə güzəştli ipoteka kreditləri (http://atb.az/mida) bölməsinə daxil olaraq müraciətini elektron formada asanlıqla banka yönləndirə bilər. İstifadəçinin müraciətindən sonra ilkin razılıq qərarı bank tərəfindən onun elektron kabinetinin müvafiq bölməsində yerləşdirilir. Daha sonra istifadəçi bu bölməyə daxil olur və həmin qərarı elektron qaydada imzalayır.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 0 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

 

Son xəbərlər
Digər xəbərlər