6 C
Baku
Saturday, December 14, 2024

“Güzəştli mənzil” sistemi yenidən təkmilləşdirilir – 396 min manata

“Mənzil İnşaatı Dövlət Agentliyi” MMC (MİDA) tərəfindən “Güzəştli mənzil” sisteminin proqram təminatına texniki dəstəyin göstərilməsi və təkmilləşdirilməsinə dair 24/7 xidmətlərinin” satın alınması məqsədilə keçirdiyi tenderin qalibi məlum olub.

Banker.az xəbər verir ki, MİDA “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” ilə müqavilə bağlayıb.

MİDA qalib şirkətə 395 min 772 manat verəcək.

Onu da bildirək ki, “Güzəştli mənzil” sistemi “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” tərəfindən qurulub.

Xatırladaq ki, MİDA tərəfindən istifadəyə verilən “Güzəştli mənzil” sistemində dəfələrlə problemlər yaranıb və insanların ciddi etirazlarına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər