Xəbər verdiyimiz kimi, 5 sentyabr 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin seçimi prosesi başa çatıb.
MİDA məlumat verərək bildirmişdi ki, “Güzəştli mənzil” sistemi vasitəsi ilə mənzillərin hamısı, yəni, 324-ü də uğurla satılıb. Satılan mənzillərdən 36-sı öz vəsaiti hesabına, 288 nəfəri isə iöoteka krediti hesabına əldə edib.
Lakin, maraqlı sual bundan ibarətdir ki, “Güzəştli mənzil”i əldə edən şəxlər kimdir, hansı vəzifədə çalşırlar?
MİDA-nın verdiyi statistik məlumatda qeyd olunur ki, bu mənzilləri 104-ü (ən çoxu), yəni, ən azı 3 il hərbi xidmətdə olan hərbi qulluqçular (müddətli hərbi xidmətdə olan hərbi qulluqçular istisina) əldə ediblər ki, bu da ümumi mənzillərin 32%-ni təşkil edir. İkinci ən çox bu mənzilləri 15% ilə ən açı 3 il daxili orqanlarda çalışan işçilər olub ki, onlarda 48, yəni ümümi sayın 15%-ni əldə ediblər. Üçüncü yeri isə Məcburi köçkünlər və ya ona bərabər tutulan çəxlər olmaqla 47 mənzil əldə ediblər ki, bu da ümümi sayın 14%-ni təşkil edir.
Ümumiyyətlə 324 mənzillərin satılmada böyük əksəriyyəti 2 otaqlı olub. Bu göstərici 224 mənzil olub. Satılan mənzillərdən 81-i 3 otaqlı, 69-u isə birotaqlı mənzillərdir.
Tam siyahı belədir: