32 C
Baku
Friday, July 12, 2024

Həbsdə olan general özünü qismən təqsirli bilir, ifadəsini qapalı prosesdə verəcək

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və həmin idarənin zabiti Vüsal Əlizadənin Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesinin davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən Cəlal Kazımovun müvəkkili vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə Heydər Əliyev adına Ali Hərbi Məktəblə bağlı verilən 423 min manatlıq ittihamı qəbul etmirlər və həmin epizodun ittihamdan çıxarılmasını istəyirlər: “Ali Məktəbin 2015-2020-ci illər ərzindəki mühasibatlıq sənədləri müvafiq əmrlə yandırılaraq məhv edilib. Lakin həmin dövrlə bağlı Cəlal Kazımova 423 min manat ittiham verilib. İş üzrə aparılmış mühasibatlıq ekspertizasına görə, bu məbləğ Maliyyə Nazirliyindən alınan arayışlar və bankların hesablarından çıxarılıb. Ekspert bu məbləğin mənimsənilə biləcəyini bildirib. Yəni burda konkret deyilmir, mənimsənilib, o burda edilə biləcəyini ehtimal edir. Ehtimala görə, müvəkkilimə rəsmi ittiham verilib”.

 

Hakimlər yerində müşavirə edərək vəsatəti baxılmamış saxlayıb. Bildirib ki, bu məsələlərə məhkəmə istintaqında və bu sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Daha sonra məhkəmə istintaqı açıq elan edilib.

Prokuror Fuad Musayev ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər 2017-2022-ci illər ərzində vəzifə saxtakarlığı edərək Müdafiə Nazirliyinin aid satılanalmaları və maliyyə xərclərin süni artırmaqla, müxtəlif şəxslərin insanların adına açılan saxta maaş kartları ilə onlara etibar edilən ümumilikdə 143 milyon manatı bir qrup şəxs halında nağdlaşdırmaqla mənimsəyərək talayıblar.

Onlara bu əməllərinə görə, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Hakim elan edib ki, verilən ittiham təsdiqini taparsa, təqsirləndirilən şəxslər 10-14 ilə qədər azadlıqdan məhrum edilə bilər.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilib.

General-mayor Nizami Məmmədov bildirib ki, iş üzrə özünün işi ilə bağlı verilən ittihamla razılaşır, lakin nazirliyin Satınalma və Təchizat İdarəsi, Mənzil-İstismar İdarəsi ilə bağlı verilən ittihamları qəbul etmir.

Belə ki, general-mayor Nizami Məmmədov mənimsənilən 12 milyon manatın rəhbərlik etdiyi Maliyyə İdarəsi ilə bağlı hissəsi ilə razılaşıb və dəymiş ziyanı ödəyib.

Ona verilən digər epizodlarla bağlı 6 milyon manat isə Satılma və Təchizat İdarəsi və Mənzil-İstismar İdarəsi ilə bağlıdır.

Sabiq idarə rəisi bu hissə ilə razılaşmadığını və bu epizod üzrə verilən ittihamı qəbul etməyib.

Təqsirləndirilən şəxslərdən Vüsal Əlizadənin vəkili prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.

Hakimlər bəzi ifadələrdə dövlət sirrini təşkil edən məsələlər ola biləcəyi səbəbindən təqsirləndirilən şəxslərin ifadə verməsi hissənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.

Proses sentyabrın 29-da davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksək vəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı, Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.

Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Cinayət işi üzrə dövlətə dəymiş ziyan 143 milyon manata yaxındır. İbtidai istintaq zamanı iş üzrə dəymiş zərərin 40 milyon manatı ödənilib.

General Nizami Məmmədov 18 milyon manat mənimsəmədə təqsirləndirilir. İstintaq dövründə 12 milyon manat zərər ödəyib.

Mənbəapa
Son xəbərlər
Digər xəbərlər