9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Həcc ziyarətində bu məhdudiyyətlər tətbiq olunacaq

Sabahdan Səudiyyə Ərəbistanında başlayan Həcc mərasimində bu il koronavirus pandemiyası səbəbiylə yalnız minə yaxın insan iştirak edə biləcək.

Həcc altı gün davam edəcək və avqustun 2-də başa çatacaq.

Həcc ziyarətində iştirak edən müsəlmanlar bu il bir sıra məhdudiyyətlərlə qarşılaşacaqlar. Bu dövrdə Səudiyyə Ərəbistanı höküməti, sosial məsafə, gücləndirilmiş sanitariya və gigiyena tədbirlərinə riayət olunmasına ciddi nəzarət edəcək.

Məsələn, “şeytanın daşlanması” mərasimində istifadə olunan bütün daşlar antiseptiklərlə təmizlənəcək. Həmçinin zəvvarların Kəbəyə toxunmasına və öpməsinə icazə verilməyəcəyi, namaz vaxtı maska taxmağın məcburi olacağı bildirilib.

Qeyd edək ki,hər il milyonlarla müsəlman Həcc ziyarətində iştirak edir. Ötən il bu məqsədlə Səudiyyə Ərəbistanına 2,5 milyon zəvvar səfər edib.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər