Hədsiz özünə nəzarətin çətinlikləri

İradə instinkti gözəldir. Beyin ağır işi və bədənlə birgə fəaliyyət sayəsində seçimlərinizi təlaş içərisində, yaxud əlçatan mükafatlar üçün deyil, uzunmüddətli hədəflərinizə uyğun edə bilərsiniz. Lakin özünənəzarət asanlıqla başa gəlmir.

Bütün əqli tapşırıqlar, diqqətin toplanması, hansı hədəfin daha vacib olduğunu müəyyənləşdurmək, stressin və tamahın qarşısının alınması, enerji tələb edir. Bu,
fövqaladə halda qaçmaq üçün əzələlərimizə lazım olan real fiziki enerjidir.

Hər kəs bilir ki, həddən artıq stress sağlamlıq üçün zərərlidir. əgər sizdə stress xroniki hala keçibsə, bədəniniz enerjini qida həzmi, çoxalma, yaraların sağalması və xəstəliklərlə mübarizə kimi uzunmüddətli ehtiyyaclarınızdan alaraqdayanmadan axıb gələn bu cür halların aradan qaldırılmasına istifadə edir. Beləliklə də xroniki stress ürək-damar xəstəliklərinə, diabetə, xroniki bel ağrılarına, sonsuzluğa və həndəvərinizdə olan hər növ qrip virusuna yoluxmanıza səbəb olur.

Ümumi stresslər var ki, sizə onlarla vuruşmaq, yaxud onlardan qaçmaq lazım deyil (kredit, müxtəlif lüzumlu və lüzumsuz xərclər). Beyniniz xarici müəyyən edənə qədər, sizin şüurunuz və bədəniniz yüksək həyəcan və impulsiv fəaliyyət vəziyyətinə gələcəkdir.

Özünənəzarət də çoxlu enerji tələb edir. Bəzi alimlər güman edirlər ki, özünənəzarət də xroniki stress kimi immun sistemimizdən enerjini alaraq xəstələnmək ehtimalını artıra bilər. Olduqca güclü iradə sizin səhhətiniz üçün doğrudan da pis ola bilər. Düşünə bilərsiniz; onda iradə gücü haqqında deyilənlər necə olsun, əgər deyilirsə ki, həddən artığı ziyanlıdır.

Özünənəzarət kimi stress də sizin xoşbəxt və məhsuldar yaşamağınız üçün mühümdür. Xroniki stress altında yaşamaq sizin sağlamlığınıza ziyan vurduğu kimi, hər bir fikrinizi, emosiyanızı və davranışınızı nəzarət altında saxlamaq kimi zərərəli vərdiş də sizi üzür. Bu sizin fiziologiyanız üçün də olduqca ağır yükdür.

Özünənəzarət də stressə reaksiya kimi xüsusi çətinliklərə cavab olaraq formalaşmış gözəl strategiyadır. Lakin stress kimi, özünənəzarət də xroniki və amansız olanda biz problemlə üzləşirik. Bizim özünənəzarətin gərginliyindən dincəlməryə və bəzən əqli və fiziki resurslarımızı başqa yerə sərf etməyə ehtiyyacımız var. Həm sağlamlığımız, həm də xoşbəxtliyiizi qorumaq üçün özünənəzarətin mükəmməlliyinə can atmamalıyıq. Hətta bunu gücləndirsəniz belə, düşündüyünüz, hiss etdiyiniz, dediyiniz və etdiyiniz hər bir şeyə nəzarət edə bilməyəcksiniz. Siz iradənizi müdrikliklə idarə etməlisiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.