26 C
Baku
Saturday, July 27, 2024

Həftəsonları ictimai nəqliyyatla bağlı qadağanın müddəti uzadıldı

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 30 yanvar saat 00:00-dan 1 fevral saat 06:00-dək, 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək, 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək, 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək, 27 fevral saat 00:00-dan 1 mart saat 06:00- 2 dək, 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək, 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək, 20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalıdır.

Bu Qərar 2021-ci il yanvarın 30-dan qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər