24 C
Baku
Thursday, September 29, 2022

Həftəsonları xüsusi qaydalar tətbiq edilməyən bölgələrin məktəblərində 6 günlük iş həftəsinə keçiləcək

Xüsusi karantin rejimi dövründə dərslərin əyani formada keçirilməsi zamanı şagird sıxlığını tənzimləmək üçün bir sıra tədbirlər görülməlidir.

Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubunda bildirilib.

Bu tədbirlərdən biri budur ki, həftəsonları üçün xüsusi qaydalar tətbiq edilməyən şəhər və rayonların ümumi təhsil müəssisələrində 6 günlük iş həftəsinə keçiləcək. Sinif komplektlərinin məktəbə gəlmə qrafiki həftənin günləri üzrə bölüşdürüləcək. Bu zaman regiondan asılı olaraq hər sinif məktəbə həftədə 2 və ya 3 dəfə gələcək. Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsilalanın oturması və onlar arasında məsafənin hər tərəfdən 1,5 metrdən az olmaması təmin olunacaq. Bu məqsədlə, zərurət yarandığı halda, siniflər yarımqruplara bölünür və hər qrup üçün dərs cədvəli hazırlanacaq.

Son xəbərlər
Oxşar xəbərlər