16 C
Baku
Sunday, April 21, 2024

Həkəri və Bərgüşadın su ehtiyatı hesabına əhalinin suya olan tələbatını ödəmək mümkündür

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında “Hidroloq” MMC-nin rəhbəri, əməkdar mühəndis, texnika elmləri doktoru Əhməd Məmmədovun “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarındakı çayların su ehtiyatı və yaşıl enerji potensialından inteqrasiyalı istifadə” mövzusunda məruzəsi dinlənilib.

İnstitutdan verilən xəbərə görə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisindəki Həkəri və Bərgüşad çaylarını tədqiq edərək imkanlarını analiz edən hidroloq alimin sözlərinə görə bu çayların su ehtiyatı hesabına anbarlar yaratmaqla əhalinin suya olan tələbatını ödəmək mümkündür. O bildirib ki, Həkərə çayını əmələ gətirən Şəlvə və Hocazsu çaylarının birləşdiyi yerdə həcmi 70.0 mln m3-ə qədər olacaq “Həkəri” su anbarı yaratmaqla onun su ehtiyatından 4.0 mln nəfərə qədər əhalini yüksək keyfiyyətli içməli su ilə təmin etmək olar. Həmin anbardan gələn “Həkəri-Ağdam” su kəməri Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etməyə imkan verəcək. Həmçinin Füzuli rayonu ərazisində tikiləcək Cuvarlı su anbarından Bakı şəhərinə də özüaxar rejimdə içməli suyun ötürülməsi mümkün olacaq.

 

Füzuli şəhəri və onun ətrafında yaşayacaq 100.0 min nəfərdən artıq əhalinin tələbatını ödəmək, şəhərdə yerləşən sənaye sahələrinin və yaşıllıqların suvarılması üçün təxminən 350-600 1/san sərfində suya olan ehtiyacı təmin etmək məqsədi ilə ümumi həcmi 35.0 mln kub metrə çatacaq “Qurucay” su anbarının tikilməsi və həmin anbardan götürülən suyun izafi təzyiqindən istifadə etməklə gücü 1.2 Mvt olan “Füzuli” Su Elektrik Stansiyasının da yaradılması da nəzərdə tutulub.

Hazırlanmış 19 hidravliki sxemə əsasən təzyiqli su kəməri üzərində bir neçə yerdə ümumi gücü 15.0 Mvt olan su elektrik stansiyalarının yaradılması nəzərdə tutulub ki, bu da 100 min nəfərə qədər əhalinin il boyu elektrik enerjisinə olan tələbatın ödəməyə imkan verəcək.

Ə.Məmmədov deyib ki, əsasən Ermənistan ərazisində formalaşaraq Respublika ərazisinə daxil olan Bərgüşad çayının su ehtiyatlarından daha səmərəli istifadə olunması üçün həcmi 50.0 mln m3-a qədər olacaq “Bəxtiyarlı” su anbarının tikilməsi məqsədəuyğundyr: “Bərgüşad çayının hidroenerji potensialından səmərəli istifadə etməklə gücü 10.5 Mvt olacaq “Bəxtiyarlı-l” SES-in tikilməsi nəzərdə tutulub”.

Azərbaycanın su təminatı ilə bağlı layihələrin müəllifi olan şirkət rəhbəri Qarabag və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində formalaşan su ehtiyatlarından səmərəli və kompleks şəkildə istifadə edərək işğaldan azad olunmuş ərazilərdə su təminatını yaxşılaşdırmaqla həmin bölgədə əhalinin sürətli şəkildə məskunlaşmasının sürətləndirilməsi, eyni zamanda turizmin inkişafı üçün geniş imkanlar yaranacağını diqqətə çatdırıb.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər