Həkimlərin distant portalına 541 online mühazirə yerləşdirilib

0

Həkimlərin distant portalına 541 online mühazirə yerləşdirilib.

Distant portal 2016-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında pilot layihə olaraq yaradılıb. Portalda həkimlərin online mühazirələri yerləşdirilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İnstitutdan  verilən məlumata görə, portal həkimlərə səhiyyə nazirinin əmrinə əsasən Davamlı Tibbi Təhsil sistemində distant təhsilə görə kredit toplamaq imkanı yaratmaq məqsədi daşıyır.

2016-2017 və 2017-2018-ci tədris illərində distant portala 541 online mühazirə yerləşdirilib. Həmin müddətdə 7226 nəfər portala daxil olaraq onu izləyib, 4398 nəfərin e-maili təsdiqlənib, 3068 nəfər profayl yaradıb, 412 nəfər testə daxil olub.