18 C
Baku
Thursday, May 30, 2024

Həkimlərin fəlakət gətirən geyimləri

Orta əsrlərdə geniş yayılmış taun həmçinin “qara ölüm” də adlandırılırdı. Bu taun 14-cü əsrin ortalarında üç qitədən 75 milyon insanın həlak olmasına səbəb olmuşdu və bəşəriyyət tarixinin ən ölümcül epidemiyalarından hesab edilir. Taun 1330-cu illərdə Çində başlanmış və 1346-cı ildən 1353-cü ilə qədər artıq avropadan da gəlib keçmişdi.

O zamanlar həkimlər xəstəliyin yayılmasına nə kimi amillərin səbəb olduğunu müəyyən edə bilmirdilər. Bu zaman onlar ilin tibbi yardım göstərmək və özlərini mövcud təhlükədən qorumaq üçün təhlükəli maddələrlə işləmək üçün olan xüsusi geyimin orta əsr versiyasını yaratdılar.

Geyimin hər bir hissəsi, xüsusəndə – baş örtüyü, quş maskası, qırmızı şüşələr, qara palto, dəri şalvar və taxta əsa gümanlara görə vacib funksiyalara sahib idilər.

Lakin onlar bilmirdilər ki, bu geyimlə xeyirdən daha çox zərər yetirirlər. Həkimlər bu xüsusi geyimlə özlərini epidemiyadan qorusalar da, digər insanları daha da yoluxdururdular. Çünki bu geyim müəyyən müddət ərzində onların əynində qalıb onları qorusa da, özü yoluxma mənbəyinə çevrilirdi.  Bu zaman taunun əsas yayıcıları gənə və siçovullar idi və onların geyimləri onlar üçün zəmin yaradırdı.

Baş örtüyü: 14-cü əsrdə geniş qara baş örtüyü sayəsində həkimləri çox asanlıqla tanımaq mümkün idi. Hesab edilir ki, bu geniş baş örtüyü qismən də olsa həkimləri bakteriyalardan qoruyacaq.

Quş maskası: Nəyə görə məhz dimdik? Orta əsr insanları nəyəsə görə belə hesab edirdilər ki, taunu məhz quşlar yayır. Lakin burada quş dimdiyi başqa məqsədlərə xidmət edir. Bu dimdiyin içərisi sirkə, şirin yağ və digər tünd ətirli kimyəvi maddələrlə dolu idi. Bu maddələr həkimi daim müşayiət edən qoxuları ört-basdır edirdi.

Qırmızı şüşə linzalar: Həkimlər nədənsə belə düşünürdülər ki, qırmızı linzalar onları ölümcül xəstəliklərə qarşı dayanıqlı edəcək.

Qara palto: Hər şey çox sadədir. Bununla onlar virusa yoluxmuş xəstənin dərisinə birbaşa toxunmaq risklərini azaldırdılar. Həmçinin bu formasız və qara palto həkimin dərisini virusdan qorumaq üçün vurulan mum və yağları gizlədirdi.

Dəri şalvar: Belə şalvarları adətən su keçməməsi üçün yanğınsöndürənlər və balıqçılar geyirdilər. Orta əsrlərdə isə həkimlər belə şalvarları yenə də infeksiyaya yoluxmamaq üçün geyirdilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər