12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Həm təbii qaz, həm də bərpa olunan enerji mənbələrindən istifadə edəcəyik”

“Təbii qaz çox mühüm enerji resursudur və onun alternativ enerjiyə keçiddə xüsusi rolu var”.

Bunu VIII Qlobal Bakı Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov deyib.

“Ümumiyyətlə, beynəlxalq ekspertlərin vahid mövqeyi var ki, enerji keçidi dövründə təbii qaz və bərpa olunan enerji mənbələri həlledici rol oynayacaq. Ona görə bu iki enerji resursundan maksimum şəkildə istifadə etmək niyyətindəyik. Eyni zamanda nə qədər çox bərpa olunan enerji mənbələrindən enerji əldə edəriksə, o qədər çox təbii qaz ixracı imkanlarımız olar”, – deyə o, qeyd edib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X