15 C
Baku
Friday, March 29, 2024

Həmyerlimiz dünyanın ən innovativ insanlarının siyahısında

Massaçuseç texnologiya İnstitutunun nəşr etdiyi “MIT Technology Review” jurnalı, 35 yaşadək 35 yenilikçinin reytinqini işləyib hazırlayıb. Bu siyahıya azərbaycanlı alim İda Pavliçenko da daxil olmuşdur. Həkim İda Pavliçenko “PionEar” texnologiyasının yaradıcısı  və “Bertarille” mükafatının qalibidir.

Banker.az xəbər verir ki, onun ixtirası uşaqlarda qulaq infeksiyalarını müalicə etməyi asanlaşdırdı.

Bu gün istifadə edilən borular daha çox infeksiyaya səbəb olan biyofilmləri cəlb edir. İda Pavliçenko heyvanlar üzərində test apararaq təhlükəsiz olduğunu sübuta yetirən daha kiçik, infeksiyaya davamlı olan bir boru  inkişaf etdirdi. 

Pavliçenko ümid edirdi ki, bu borular dünyada eşitmə qüsurlu olan 450 milyon insanın müalicəsi üçün yeni bir metod  olacaq. Növbəti üç onillikdə əhalinin yaşı və qulaqcıqların təsiri ilə eşitmə problemi yarandığına görə bu rəqəmin iki qat artacağı gözlənilir.

PionEar adlanan startup yaradıcısı İda Pavliçenko qeyd edirdi ki, bəzi uşaqlarda borular ağrılı infeksiyalara, antibiotiklərə və nitq qüsurlarına son qoymaq üçün bir neçə dəfə implantasiya edilməlidir.

 

Son xəbərlər
Digər xəbərlər