“Həqiqətə bənzərlik” bəlasında üzə çıxan “ağıllı fikirlər” seli

2003-cü ildən etibarən onlayn lüğət olan “Meriam Vebster” ilin sözünü
müəyyənləşdirmək üçün təhlillərə başladı və ideyayaya görə, onlayn lüğətdə
axtarılan sözlər kollektiv düşüncəni əks etdirirdi. Buna görə də ən çox axtarılan söz
dövrün ruhunu ifadə etməli idi. İlk qalib müəyyənləşdi- İraqa müdaxilədən sonra hamı “Demokratiya”nın nə olduğunu öyrənməyə çalışırdı. Bir il sonra ünsiyyət vasitəsini ifadə etmək üçün süni yaradılmış “blog” sözü birinci oldu.

Növbəti illərin birində isə (2006 ci ildə) ilin sözü “Həqiqətə bənzərlik” oldu. Bu
ifadəni komediya ustası Stiven Kolbert “Kitabları deyil, daxildən gələn həqiqət”i
təsvir etmək üçün işlətmişdir.

İnformasiya əsrində, 24 saat xəbər proqramlarının yayımladığı, radioların susmadığı və redaktəsiz blogların dərc olunduğu bir dovürdə “Həqiqətə bənzərlik” bizim həqiqət kimi qəbul etməyimizə yetəcək qədər “Həqiqi” səslənən bütün qısa, təsadüfi və hətta qərəzli yalanlar üçün də keçərlidir. Problem bundadır ki, biz həmişə inandığımıza uyğun şəkildə hərəkət etməyə meyilliyik. Nəticədə bir şeyi qəbul etmək çətinləşir. Təəssüf ki, digər şeyləri qəbul etməklə zehnimizi zibilləmişik və bu bizim hərəkətlərimizi səhv yönləndirir, müvəffəqiyyətdən uzaqlaşdırır. Həyat daim sıfırdan başlamaq üçün çox qısa, bəxtə arxayın olmaq üşün isə çox qiymətlidir. Bizə lazım olan real həll yolları, demək olar ki, həmişə gözümüzün qabağındadır. Adətən, onların aşkar olunmasına həddən artıq boş danışıqlar,
sonradan cəfəngiyyat olduğu üçün üzə çıxan “ağıllı fikirlər” seli mane olur. Miflər yalanlar bizi elə əhatələyir ki, onlara alışırıq və hətta onları həqiqət kimi qəbul etməyə başlayırıq. Sonra da mühüm qərarları onlarla əsaslandırmağa çalışırıq.

Uğur strategiyamızı formalaşdırarkən üzləşdiyimiz problem budur ki, müvəffəqiyyətin də öz yalanları var. “Əlimdə çox işim var”, “İşlərimi eyni anda görsəm çatdırararam”, “Daha intizamlı olmalıyam”, “Bəlkə bu qədər xəyalpərəst olmayım”. Bu fikriləri tez-tez təkrarlasanız, onlar uğur haqqında 6 yalana çevriləcək, bizi “BİR” şeydən (UĞUR) uzaqlaşdıracaq.

Sizinlə UĞUR arasında duran 6 yalan ;
1. Bütün şeylər eyni dərəcədə vacibdir
2. Çoxvəzifəlilik
3. İntizamlı həyat
4. İradənin gücü həmişə qulluğunuzdadır.
5. Tarazlaşdırılmış həyat
6. Böyük pisdir.

Bu yalanlar beynimizə həkk olunub fəaliyyət prinsipinə çevrilərək bizi səhv yolla
aparan inamlardır. Magistiral yollar dar cığırlara çevrilir. Yalançı parıltı bizi əsl
qızıl mədənindən uzaqlaşdırır. Əgər biz öz potensialımız artırmaq istəyiriksə, bu
yalançı inamlardan əl çəkməliyik.

Qari Keller və Cey Papaan “BİR Şey” kitabından.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.