23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Hər bir amerikalı iyulun sonuna qədər peyvənd ediləcək

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ-ın hər bir arzu edən vətəndaşı ancaq iyulun sonuna qədər yeni koronavirusdan peyvənd edilə biləcək.

TASS xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Miluoki şəhərində (Viskonsin ştatı) ictimaiyyətlə görüşdə çıxış edən prezidenti Cozef Bayden bildirib.

“İyulun sonuna qədər bizdə 600 milyondan çox doza olacaq. Bu, hər kəsi peyvənd etmək üçün kifayətdir”, – o deyib.

Bayden qeyd edib ki, onun administrasiyası birinci həftələr ərzində vaksin istehsalının əhəmiyyətli artımına nail olmağı bacarıb. “Bizdə mayın sonuna kimi vaksinin 400 milyon, iyulun sonuna kimi 600 milyon dozası olacaq”, – prezident deyib.

ABŞ rəhbəri həmçinin peyvənd olunma infrastrukturunun inkişafında müvəffəqiyyətləri vurğulayıb. “Mən yenicə vəzifə tutanda digər problem insanlar idi, hansılar ki, bu peyvəndləri edə bilərdilər. Biz onların sayının artımında əhəmiyyətli müvəffəqiyyətlərə nail olduq, – o əlavə edib.

“Mən təqaüddə olan həkimləri və tibb bacılarını bu işə cəlb etməyə icazə verən fərmanı imzaladım. Biz prosesə təxminən min hərbçini cəlb etdik, Milli Qvardiyanı cəlb etdik və bununla bu miqdarı əhəmiyyətli dərəcədə artırdıq. Bundan başqa, peyvənd yerlərinin sayını əhəmiyyətli dərəcədə genişləndirdik”, – Ağ Ev rəhbəri deyib

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər