28 C
Baku
Saturday, July 27, 2024

Hər kəslə dil tapmaq: Fərqli insanlarla ünsiyyət taktikaları

Məşhur psixoloq Ceyms Borq, “İnandırma gücü. İnsanlara təsir etmə sənəti” adlı kitabında həmsöhbətlərin beş növünü və onlarla beş ünsiyyət metodunu fərqləndirir.

1️. “Nə olub yenə? Tez olun!”

Yeni fürsətləri əldən verməkdən qorxan bu həmsöhbət, onda maraq oyada bilən hər bir kəsə şans verməyə hazırdır. Onun üçün ən dəyərli şey vaxtdır.

Vaxtaşırı saata baxaraq, o, tez-tez danışacaq və diqqətlə tətdqiq edəcəkdir. Belə bir insan üçün hər şeyə nəzarət etmək önəmlidir. Heç bir halda ünsiyyət zamanı təşəbbüsü ələ keçirməyə çalışmayın!

Ünsiyyət taktikası

Nəzərinizdə olsun: o, bu ünsiyyətdən müsbət nəticə əldə etməyi gözləyir. Buna görə birbaşa əsas məsələyə keçin. Dəqiq və qısa danışın – geniş nitqlər onu məyus edəcək. Özünüzü düzgün təqdim edə bilsəniz, əsl “xəzinə” tapacaqsınız. Şansınızı qaçırmayın!

2️. “Bundan mənə nə fayda?”

Bu tip nümayəndələr hər hansı bir təklifi yalnız yazılı şəkildə qəbul edirlər. Katiblər vasitəsilə ünsiyyət qurmağı üstün tuturlar və mərhəmətli olduğunu göstərmək üçün görüşməyə razılıq verirlər. Onunla qurulan dialoq işgəncəyə bənzəyir – o, hər sözə “ilişir”, qarşı insanın fikirlərini tənqid edir: “Siz yanılırsınız. Hər şey belə deyil. Mən bilirəm”. Əslində, bu tip insanlar çox şeyi bilmirlər, sadəcə elə görünməyə çalışırlar.

Ünsiyyət taktikası

O, özünü sizdən üstün hesab edir. Çalışın güc balansını dəyişdirəsiniz – sizinlə birlikdə divanda əyləşməyə dəvət edin. Səbəb müxtəlif ola bilər: beliniz ağrıyır, noutbuku zaryadkaya qoymalısınız (rozetka isə divana yaxındır) və s. Bir az inadkar və aqressiv olun.

3️. “Xırdalıqlara diqqət edən”

Xarakterik cəhətləri: asta düşünür və asta danışır, sözləri uzadır. Əgər ünsiyyətə hazırdırsa, deməli danışılacaq mövzu haqqında məlumatlıdır. Buna görə müzakirə obyektini hərtəfərli bilməlisiniz. Əgər o, dialoqun 30 dəqiqə davam edəcəyini deyirsə, əmin olun ki, bu həqiqətən də elədir. Unutmayın ki, o, danışılanları unuda bilər, buna görə ünsiyyət zamanı toxunduğunuz məqamları yazın və məktub şəklində göndərin. Əsas odur ki, səbirli olasınız.

Ünsiyyət taktikası

Onu əks etdirin: eyni tempdə danışın və yalnız mahiyyətə toxunun. Verilən sualları dəqiq cavablandırın, heç bir halda onun sözünü kəsməyin və planlaşdırılmış görüşə gecikməyin. Danışıqlardan sonra məktuba xüsusi diqqət yetirin!

4️. “Gəlin bu məsələni təkbətək müzakirə edək”

Telefonda sizi diqqətlə dinləyirlər və görüş təşkil etməyi təklif edirlər. Siz gəlirsiniz və həmsöhbətinizin xoş əhval-ruhiyyəsi daha da güclənir: o, qeyri-formal ünsiyyətə dəvət edir, jestlər verir, rahat atmosfer yaradır. Əgər bu tip insan sizin təklifinizə maraq göstərirsə, deməli, siçan və pişik oyunu başladı!

Ünsiyyət taktikası

Belə bir insanla qurulan əməkdaşlıq tərəflərə qarşılıqlı fayda verir, buna görə çalışın açıq və dürüst olun, səmimiyyətdən sui-istifadə etməyin.

Son xəbərlər
Digər xəbərlər