Hər şey məqsədlərdən başlayır

Müəllif: Arkadiy İlyiç Priqojin, professor, sertifikatlı mütəxəssislərin Milli institutunun prezidenti,RF Hökuməti yanında xalq təsərrüfatı Akademiyasının idarə edilməsi üzrə məsləhətçilər Məktəbinin direktoru.

Çətin ki məqsədlərin axtarışı və həyata keçirilməsindən daha həyəcanlandırıcı və dramatik insan fəaliyyəti sahəsi tapılsın. Bundan əlavə, insanların (şəxsiyyətdən bəşəriyyətədək) uğursuzluqlarının əsas mənbələri məqsədqoymaların mükəmməl olmamasıdır. 

Kommersiya firmalarında bu ən yaxşı üsulda qoyulmuşdur. Dövlət səviyyəsində isə bu ən pis vəziyyətdədir.

Başlanğıc üçün “məqsəd” anlayışını sadə üsulla müəyyənləşdirmək kifayətdir: məqsəd – planlaşdırılan nəticə və ya predmetləşdirilmiş motivdir. Başqa məsələ – məqsədlər haradan götürülür, hansı prinsiplər üzrə bu nəticələr planlaşdırılır? Yaranma mənbələrinə görə məqsədqoymanın aşağıdakı kateqoriyalarını ayırd etmək olar.

Verilmiş (passiv) məqsədqoyma. Bu, məqsədlərin insanın, təşkilatın, cəmiyyətin fəaliyyətinə obyektiv və ya xaricdən qurulmasıdır. Ona aiddirlər:

а) tapşırıqlardan yaranan məqsədqoyma. Məqsədqoymanın ən sadə səviyyəsi, kiminsə direktiv formalaşan xarici məqsədlərinin təklifi. Başqa məsələdir ki, məqsəd-tapşırıqlar qaçılmaz olaraq icraçıların şəxsi və qrup maraqlarından keçərək məqsəd-istiqamətlərə, yəni onlar tərəfindən alınmış tapşırıqların və onların icrasının başa düşülməsinə çevrilir. Məqsəd-tapşırıq və məqsəd-istiqamət arasındakı fərqlər həm əhəmiyyətsiz, həm də bloklayıcı ola bilər;

b) tələbatlardan yaranan məqsədqoyma (vital və psixoloji). Burada biz teleonomiya, yəni insan, təşkilat, cəmiyyət, dövlət, bəşəriyyət səviyyəsində orqanik və qaçılmaz olaraq formalaşan məqsədlərlə qarşılaşırıq. Məsələn sağqalma tələbatı qida, yaşayış, səhiyyə və s. üzrə istehsal sistemlərinin hazırlanmasını tələb edir. Ciddi desək, bu məqsədlər subyektiv seçimin predmeti deyillər. Məsələn, kommersiya təşkilatı üçün əgər gəlir yoxdursa – firma məhv olur. Bu, heyvan və ya insan üçün tənəffüs kimi bir şeydir;

c) təhlükədən yaranan məqsədqoyma. Məqsədqoymanın bu səviyyəsi nədən qaçmalı? nəyə müqavimət göstərməli? suallarına cavab olaraq yaranır. Burada artıq bir qədər subyektlilik əmələ gəlir, öz-özünə yaranan tələbatlardan fərqli olaraq təhlükəni aşkara çıxarmaq lazımdır.Həm müdafiə, həm də qabaqlayıcı tipli təhlükəsizlik sistemlərinin işlənib-hazırlanması – bütün zamanlarda bəşəriyyətin kütləvi təcrübəsi olmuşdur;

d) problemlərdən yaranan məqsədqoyma. O, hər hansı planların həyata keçirilməsi zamanı artıq baş vermiş və ya gözlənilən uğursuzluqların (maneələr, çatışmamazlıqlar, qırılmalar) nəticəsində yaranır. Problem – çətinliklərin öhdəsindən gəlməyin çətinliyidir. Başqa sözlə desək, bu, maneələrin özləri deyil, yoxsa ki, niyə bu maneələri aşmaq olmur? Tutaq ki, yerli inzibatlığın rəhbəri təsdiq edir ki,əsas problem – yaz daşqınlarıdır. Həqiqətdə, problem ondadır ki, nə üçün inzibatlıq və əhali bu daşqınlara müqavimət göstərə bilmir? Bu tip məqsədqoyma üçün tipik suallar: nə tədbir görməli? həlli harda axtarmalı?

II. Rəqabət (yarış) məqsədqoyması. Bu məqsədlər daha sərbəst, lakin konkret məsələlərə fokuslanmış seçimdənyaranır. Bu məsələlər üzrə məqsədqoyma aşağıdakılara bölünür:

a) maraq mübarizəsindən yaranan məqsədqoyma. Öz şəxsi , qrup, təşkilati maraqlarının digər subyektlərin eyni maraqlarından fərqinin dərk edilməsidir. Biz bu fərqləri aşkar etdikdə öz maraqlarımızı ya digərləri ilə razılaşdırma, ya da üstünlük, itaət yolları ilə müdafiə etməyə cəhd edirik. Əsas sual: necə qalib gəlməli? necə qazanmalı?

b) qarşılıqlı müqayisədən yaranan məqsədqoyma: onun kimi olmalı, ondan geri qalmamalı, o birini keçməli. Bu halda bəzi məqsəd nümunələri artıq mövcud olur və digər insanlar, təşkilatlar, dövlətlərlə müqayisədə uğura yönəlmiş məqsədli nailiyyətlər yaranır. Əlbəttə ki, qarşılıqlı müqayisə – insan davranışının güclü motivatorudur, bizim hər birimiz bunu öz üzərimizdə uşaqlıqdan bilirik. Yalnız, məqsəd variantı tapmaq və ona doğru hərəkət etmək və ya onu ötüb keçmək lazımdır.Belə ki, bir çox ölkələr üçün məqsədqoyma oriyentiri “qızıl milyard” ölkələri və ya onlardan konkret bəziləri olmuşlar. Arxaik istiqamətlənmiş məqsədqoyma teokratiyanın nə zamansa bitmiş formalarını (islam dünyasında) qaytarmağa çalışır.

IIIDəyər məqsədqoyması. O, sosial yaradıcılığın nəticəsi kimi bu mənbələrdən yaranır:
a) təsəvvürdən yaranan məqsədqoyma. Bu insanın özü, təşkilatı, şəhəri, regionu, ölkəsi üçün arzu etdiyi gələcəyin obrazıdır. Layihə və ya plan deyil, məhz obraz, belə ki, ambisiya və arzular belə yaranır. Bu məqsədqoymada əsas suallar: mən kim olmaq istəyirəm?təşkilatı və ya ölkəni hansı vəziyyətə gətirmək istəyirəm?bu nə zaman əldə olunacaq? Bunun üçün hansı mərhələlərdən keçmək lazımdır?
b) ideal və ideologemlərdən yaranan məqsədqoyma. Sosial dəyərləri idal və ideologemlərə bölmək olar. Birincilər müstəqil, mütləq dəyərlərdir, onlara münasibətdə “niyə?” sualını vermək olmaz – sağlamlıq, xoşbəxtlik, ədalət, sevgi və s. İkincilər praktik təyinatlı tətbiqi dəyərlərdir: keyfiyyət, qanunilik, rəqabət, demokratiya.Bu tipdən olan məqsədqoyma həyatda başlıca olan nədir? nəyin uğrunda yaşamağa dəyər? nəyə can atmaq lazımdır? suallarına cavab verir.
c) missiyadan yaranan məqsədqoyma. Nadir hallarda, lakin o, öz təyinatından əndişəli, şəhərin, regionun, sahənin, ölkənin, bəşəriyyətin inkişafına mühüm töhfə vermək istəyən şəxsiyyət, təşkilat, dövlət səviyyəsində özünü göstərir. Missionerlər bu suallardan çıxış edirlər: mənim, bizim təyinatımız nədir? biz nəyi həyata keçirməliyik? ətrafımızda nəyi və niyə dəyişməliyik?

Biz bu məqsədləri keyfiyyətin artmasına doğru –sadədən aliyə doğru bölüşdürdük.

Bütün bu təyin edilmələr sırf şərtidir, onlar arasında ciddi sərhəd yoxdur, onlar kəsişir və uyğunlaşır, lakin müəyyən bir anlam aparatı yaradır ki, bu da dövlət və təşkilati məqsədqoyma üçün yararlıdır.

Cədvəl 1

Biz görürük ki, I tipdən olan məqsədlər seçim predmeti deyil, onlar istənilən cəmiyyətin təbiətinə qurulmuşlar. Bu teleonomiyadır, yəni özbaşına yaranan məqsədlərdir. Onları yalnız konkretləşdirmək olar. Firma üçün gəlir kimi: əgər qazanmırıqsa- bazardan gedirik. Məqsədlər yox, mövcudolma şərtləri. Ümumilikdə xalis sinkretiklər- təki salamat qalaq.

II sütunda məqsədqoyma daha subyektlidir – mübarizə və müqayisədən yayınmaq olar. Lakin cəmiyyətin əsl özünümüəyyənləşdirməsi onun liderlərinin ali məqsədlərə (III sütun) müraciəti zamanı baş verir.

Cədvəldə I c,d –dən III a, b –yə aparan gözəgörünməyən diaqonal vardır. Bəli, sinkretik məqsədlər – əsasdırlar, lakin III sütundakı sinergiklərdə olan bəzi ölkələr I tipli məqsədləri uğurla həll ediblər. Məsələn, bu yaxınlaradək sırf kasıb əyalət ölkələri sayılan Finlandiya və Cənubi Koreya onların çiçəklənməsinə səbəb olan güclü dünyəvi və yerli brendlər yaratmışlar. Qısacası, ölkənin məqsəd axtarışının ən perspektivli istiqaməti – sağdadır.

Bu cədvəli götürün və icra başçısına, firma sahibinə, qubernatora, prezidentə göstərin və soruşun: onların məqsədləri haradan başlayır? Görəcəksiniz: əgər bu kommersiya təşkilatıdırsa, məqsədqoymanın mənbələri demək olar ki, bütün 3 sütunu əhatə edəcək. Əgər dövlət və ya bələdiyyə təşkilatıdırsa – bu zaman I b, c, d üstəgəl II b olacaq, bir çox halda onlardan ən vicdanlıları da acınacaqlı telenomik həyat tərzi keçirirlər.

***
Bizim dövlətin məqsədləri əsasən verilmiş, yəni passiv məqsədqoyma səviyyəsindədir, hər şeydən öncə həyati tələbatlardan irəli gəlir. Onlar istənilən dövlətin məqsədlərinə daxildir, hətta diktatorlar da onlara riayət etməlidirlər. Doğrudur, onları liderlərin yaradıcılığından daha çox tələbatların total artma qanunu irəli sürür. Təhlükələrdən yaranan müəyyən dövlət məqsədləri yığımı yaranır.

Problemlərdən yaranan məqsədlərə gəlincə, məqsədqoymanın bütün sistemində problem təhlili çox az özünü göstərmişdir. Şikayət və narazılıqlar üstünlük təşkil edir. Heç kim problem sahəsinin strukturlaşdırılması, yəni problemlərin düzgün qoyuluşu, problemlərin kökünə gedib çıxmaqla onların qarşılıqlı əlaqələrinin aşkarlanması ilə ciddi məşğul olmur, islahatların həyata keçməsinə imkan verməyən qırılmaların aradan qaldırılmasına da məhz bu problemlərin həllindən başlamaq lazımdır.

Aktiv məqsədqoymaya müraciət edək. Belə baxanda müəyyən qədər qarşılıqlı müqayisə təcrübəsi var, o daima vətəndaşların şəxsi və kütləvi şüurunu narahat edir. Onlar istər Qərbdə, istərsə də Şərqdə xarici ölkələri nə qədər çox gəzirlərsə, bu müqayisə daha da kəskinləşir.

Amma məqsədlərin III qrupunda təklif boşluğu və eyni zamanda böyük tələbat mövcuddur. Ölkə üçün aparıcı dəyərlərin formalaşdırılmasında sosial yaradıcılığın zəifliyi təkcə həyati üstünlüklərdə qeyri-müəyyənlik deyil, həm də təşəbbüsün utopiya və illüziyalarla əldən qaçırılma riskini yaradır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.