25 C
Baku
Saturday, July 27, 2024

Hərbi administrasiya: “Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”

“Ukrayna hərbçiləri Luqansk istiqamətində irəliləməyə davam edir”.

Bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

O bildirib ki, rusların ciddi müdafiəsinə baxmayaraq, irəliyə doğru hərəkət edilir: “Demək olar ki, hər metr uğrunda döyüşlər gedir. Amma böyük irəliləyişlərin olduğunu demək olmaz”.

“Ruslar kifayət qədər ciddi hazırlaşa biliblər. Əraziyə daha çox tikinti materialları, texnika və yeni səfərbər olunanlar gətirilir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri yavaş-yavaş irəliləyir”, – o vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər