27 C
Baku
Wednesday, July 24, 2024

“Hərbi büdcəsini 47 faiz artırması o deməkdir ki, Ermənistan müharibəyə hazırlaşır”

“Ermənistanla sülh müqaviləsi deyəndə biz nəyi nəzərdə tuturuq? Yəqin ki, Azərbaycan və Ermənistan tərəfindən bir-birinin ərazi bütövlüyünü tanımaları haqda qarşılıqlı bəyanatları… Əslində, bu, ermənilər üçün problem deyil”.

Bunu açıqlamasında “Sizcə, Ukraynadakı savaş yekunlaşmamış Qərb Azərbaycanla Ermənistan arasında hansısa sülh müqaviləsinin baş tutmasına nail ola biləcəkmi?” sualını cavablandırarkən sabiq xarici işlər naziri  Tofiq Zülfüqarov söyləyib.

“Bizim üçün isə böyük problem odur ki, Ermənistan bəyanat verir, amma eyni zamanda öz büdcəsindən Azərbaycan torpağındakı qondarma qurumun mövcud olması üçün pul vəsaiti ayırır. Praqaya getməmişdən öncə Paşinyan artıq Ermənistanın dövlət büdcəsini təsdiq etdi və orada hərbi xərclərin 47 faiz artırılması göstərildi. Bununla paralel 300 milyon dollar da Xankəndindəki separatçı rejim üçün ayrılıb. Əgər Ermənistan lideri Praqaya bu fikirlərlə gedibsə, onun əsl niyyətlərini anlamaq üçün bir o qədər də siyasi biliyə malik olmaq gərək deyil… Hərbi büdcənin 47 faiz artması o deməkdir ki, Ermənistan müharibəyə hazırlaşır”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər