5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Hərbi dron ilk dəfədir insan əmri olmadan qətl törətdi

Hərbi kvadrakopter “Kargu-2” avtonom rejimdə olarkən Liviyada silahlı qarşıdurma zamanı bir nəfəri öldürüb. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, “New Scientist” jurnalının BMT-nin araşdırmasına istinadən yazdığı kimi, bu, pilotsuz təyyarənin insan əmri olmadan qətl törətməsi ilə bağlı ilk hadisədir.

Hadisə 2020-ci ilin mart ayında baş versə də, bu haqda hələ indi məlum olub. Dron Türkiyədə istehsal olunub və “yüksək səmərəli avtonom rejimdə” işləyib, yəni operatordan gələn əmrlərə ehtiyac olmadan hədəflərə hücum etmək üçün proqramlaşdırılıb.

Ölən şəxs Həlif Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun üzvü olub. Bu ordu Tripolidə Liviya hökumətinin nizami ordusuna qarşı döyüşür.

Son xəbərlər
Oxşar xəbərlər