27 C
Baku
Saturday, July 27, 2024

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edildi

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.

Həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.

9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Son xəbərlər
Digər xəbərlər