28 C
Baku
Saturday, July 27, 2024

Hərbi sahədə təcili məxfi məlumatları konkret şəxsə ötürməyə də imkan verəcək

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri səs-küylü otaqda səsi konkret insanın qulağına ötürən lazer texnologiyası hazırlayıblar.

Banker.az saytı  məlumat verir ki,  tədqiqat qrupunun rəhbərləri qeyd edir ki, bu, istənilən şəraitdə səsli siqnalı konkret insan üçün lokallaşdıran və təhlükəsiz lazerlərdən istifadə edən ilk sistemdir. Sistem foto akustik effekt kimi tanınan texnikadan istifadə. edir.

images

O, material işığı udduqdan sonra səs dalğalarını yaradan zaman əmələ gəlir. Alimlər tədqiqatda işığı udmaq və səs yaratmaq üçün havada su buxarından istifadə ediblər. Texnologiya nisbətən quru şəraitdə də işləyir, çünki havada, xüsusilə insanların ətrafında su həmişə cüzi olur. Mütəxəssislər qeyd edir ki, suyu tam udan lazer dalğa uzunluğundan istifadə edildiyinə görə çoxlu suya ehtiyac qalmır. Bu, əsas məqamdır, çünki daha güclü udulma daha çox səs emal edir.

Səsin lokal ötürülməsi üçün lazer texnologiyasından istənilən yerdə və ya açıq meydançada istifadə etmək mümkündür. O, hərbi sahədə tətbiq edilərək təcili məxfi məlumatları ötürməyə imkan verə, səs-küylü otaqda kommunikasiyanı təmin edə, yalnız bir alıcı üçün nəzərdə tutulan təcili məlumatları göndərə bilər.

©ıctnews.az

Son xəbərlər
Digər xəbərlər