16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Hərraclarda dollara tələb 23% artdı – Mərkəzi Bankdan açıqlama

Screen Shot 2021 09 02 at 14.34.20

26 yanvar 2021-ci il tarixində keçirilən valyuta hərracında dollara tələbin yenidən yüksəldiyi müşahidə edilir.

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. AMB hərracda tələb $69.8 mln. ABŞ dolları təşkil etmiş olduğunu və tam təmin edildiyini bildirir.

Qeyd edək ki, yanvarın 3-cü hərracında ( $142.2 mln) və 4-cü hərracında ($100.1 mln) xarici valyutaya yaranan tələb yüksəlsə də növbəti günlərdə 67 mln. ətrafında idi.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.376237

Cəmi olaraq yanvarın ilk 7 hərracında $582.7 mln. satılıb, bu dekabrın eyni sayda ilk hərraclarında $475 mln. idi. Yəni, 23%-lik artım var.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.

Mərkəzi Bank 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi saxlayıb. 12 yanvardakı açıqlamasında bildirib ki, cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaqdır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər