29 C
Baku
Tuesday, July 16, 2024

Həyat sığortası bazarı 2023-cü ildə 40% böyüyüb

Azərbaycanda həyat sığortası bazarı 2023-cü ilin ilk 6 ayında  288.78 mln. manata yüksəlib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu da illik müqayisədə 83.23 mln. manat və ya 40% artım deməkdir.

Sığorta ödənişlərinin həcmi illik 44.28 mln. manat və ya 53% artaraq 127.28 mln. manat olub.

Həyat sığortası yığımları ilə ödənişlər arasındakı fərq 2022-ci ilin ilk 6 ayında 122.55 mln. manat olduğu halda, 2023-cü ilin eyni müddətinə 161.5 mln. manata düşüb.

Könüllü həyat sığortasının 273.66  mln. manatı həyatın yaşam sığortası olub. Bu 2022-ci illə müqayisədə 43% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər