21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Həyat sığortası bazarı kəskin artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-iyul ayları ərzində həyat sığortası üzrə 193 milyon 743 min manat sığorta haqqı toplanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən bildirir ki, həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 22%çoxdur.

Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 176 milyon 910 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% artım deməkdir.

Cari ilin 7 ayında qeyri-həyat sığortası üzrə isə 171 milyon 49 min manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası üzrə sığorta haqqı 3% artıb.

Qeyd edilən dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 51milyon 274 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.8% artım deməkdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər