Həyatdan istədiyiniz hərşeyi əldə etmənizə yardımçı olacaq iki gizli bacarıq

0

İstədiyiniz hər bir şeyi əldə etmək imkanı öz əlinizdədir. Ola bilsin ki, dərhal deyil amma zamanla buna nail ola bilərsiniz .Və əgər siz inkişaf etmək və irəli getməyə hazırsınızsa.

Uğura gedən yol haqqında həqiqət ondan ibarətdir ki, o sanki cəhənnəmdən keçən ağrılı bir prosesdir. Bu yolda mübarizə də artıq doğru seçim deyil.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ola bilər ki, siz etdiyiniz hər şeyin sizin xoşunuza gəlməli olduğu ideyasına qapılasınız. Amma siz öz işinizi daimi olaraq sevə bilməzsiniz. Bu çətindir.

Həm də siz yəqin ki, Steve Jobs kimi tanınmış insanların sitatları olan kitablarda belə bir fikrə rast gəlmisiniz: “ Əgər gördüyünüz işi sevirsinizsə sizə həyatınızda bir gün işləmək lazım gəlməyəcək”.

Gördüyünüz işi sevirsinizsə həyatınızın hər dəqiqəsini işləyəcəksiniz

Yəqin ki, bu, iş sayılmayacaq və heç kim buna görə sizə ödəniş etməyəcək. Hətta ola bilər ki, bu sizin şirkət olmasın, amma siz işləyəcəksiniz. Və hərdən bu pis olacaq.

İnsanların əksəriyyəti belə hesab edir ki, uğur məmnunluq gətirməli və öz-özünə olmalıdır. Buna görə də onlar öz işlərini və yollarını çox vaxt itirirlər. Gördüyünüz iş elə bir iş olmaldır ki, ona görə yuxunuzdan belə imtina edə biləsiniz.

Gəlin uğurun əslində nə olduğuna nəzər yetirək:

  • O, sizin seçiminizdir: hətta əgər artıq 3 saatdır günlük qrafikdən geridə qalsanız belə, 15 dəqiqə meditasiyaya vaxt ayırmaq.
  • O, maraqlı olan nəyəsə “YOX” deməkdir. Çünki, hansısa tapşırığı yerinə yetirmək üçün buna vaxt sərf etməlisiniz.
  • O, sizdəki çatışmazlıqları gözdən itirəcək kitabları oxumaq üçün vaxt ayırmaqdır.
  • O, işinizə fasilə verdiyinizdən bir neçə saat sonra, hətta işinizin keyfiyyətli alınacağına əmin olmadığınız dərəcədə yorulduğunuz halda belə ayağa qalxıb yenidən işə getməyiniz deməkdir.

Əgər çoxlu pul istəyirsinizsə onu əldə edə bilərsiniz. Şöhrət qazanmaq istəyirsinizsə ona da nail ola bilərsiniz. Çoxlu sevgi istəyirsinizsə o da sizdə olacaq.

Amma bütün bunları həyata keçirmək üçün siz varlığınızın hər bir hissəsini qorumalısınız

Siz öz qrafikinizin yiyəsi olmalısınız və düşüncələrinizə diqqət etməlisiniz.

İş sizə aiddir.

Əlbəttə digər insanların öz fikri var və onlardan bəziləri sizin qayğınıza qalır. Amma onlar siz deyilsiniz. Əsas rolu məhz siz özünüz oynayırsınız. Məhz siz çətin işləri görürsünüz.

Ona görə də ilk öncə  çox məsuliyyətli olmağa çalışın. Öz qarşınızda məsuliyyət daşıyın. Etiraf edin ki, bu sizin qismətinizdir və 100% sizin seçiminizdir.

Nəyi edib nəyi etməmək seçimi öz üzərinizə düşür.

Əgər siz indi buna inanmırsınızsa uğura gedən yolda ola bilməyəcəksiniz. Heç ona yaxın da olmayacaqsınız.

Sizə aid olan hər bir şeyə qarşı məsuliyyətli olmağa qərar verməklə inkişaf barədə düşünə bilərsiniz.

  • Maliyyə bacarıqlarınızı möhkəmləndirin.
  • İşgüzar bacarıqlarınızı gücləndirin.
  • Emosiyalar planında bacarıqlarınızı möhkəmləndirin.
  • Münasibətlər planında bacarıqlarınızı güləndirin.

Bunları etmənin ən yaxşı yolu – iki əsas bacarığı inkişaf etdirməkdir: daimi mütaliə və insanlarla münasibətləri möhkəmləndirmək.

Yəqin ki, artıq eşitmisiniz ki, liderlər çox mütaliə edirlər. Gəlin buna biraz aydınlıq gətirək: qaliblər mütaliə edirlər. Digərlərindən yaxşı çıxış edənlər əla kitabları oxuyanlardır.

Onlar onları mükəmmələşdirən araşdırmaları mütaliə edirlər. Onlar tənqid, rəylər, strategiyalar və oyunu ən yüksək şəkildə aparmalarına imkan verəcək hər şey barədə az-çox mütaliə edirlər.

Bu barədə düşünün. Mütaliənin gücü ondan ibarətdir ki, birisi sizin konkret mövzuda bilmək istədiyiniz hər şeyi yığıb toplamağa illər sərf edib və onu bir neçə yüz səhifədə yerləşdirib. Bütün bu məlumatları isə siz yarım günlük mütaliə ilə əldə edə bilərsiniz.

Məgər bu möcüzəvi deyil? Sizə öyrənmək və ya faktları axtarmaq üçün illər sərf etməyə ehtiyac qalmır. Siz onu sadəcə əldə edə bilirsiniz.

Nəsə alınmayanda onun niyə baş tutmaması barədə həmişə yaxşı bəraət olur. Hər zaman sizin niyə inkişaf etmək əvəzinə əylənməyə üstünlük verdiyinizə bir səbəb tapılır.

İstədiyinizə nail olmadığınıza təəccüblənməyə dəyərmi? Yəqin ki, yox, elə deyil?

Uğur təkcə mütaliəyə ilə deyil, həm də əlaqələrlə bağlıdır.

  • Adi insanlar özlərinə oxşayan insanlarla vaxt keçirirlər.
  • Yaxşı insanlar yaxşı insanlarla vaxt keçirirlər.
  • Dahi insanlar da dahi insanlarla vaxt keçirirlər.

Başqa sözlə desək, onlar özlərini qarşıya qoyulan və  həyata keçirilən məqsədlər planında ən yüksəkdə olan insanlarla əhatə edirlər. Onlarla bir yerdə olanda siz daha güclü, sürətli və mükəmməl olursunuz.

Bugün bunu etmək heç vaxt olmayacaq kimi asandır. Yəqin ki, sizin Facebook və ya hər hansısa onlayn-qrupda kumirləriniz var. Onlar da çox güman ki, tədbirlərdə çıxış edirlər.

Yəqin ki, onların sizin də qoşula biləcəyiniz cəmiyyətləri var. Onlar hətta sizə müəyyən üstün səlahiyyətlər də təklif edə bilərlər.

Sizinlə eyni  səviyyədə olan insanların yanında olmağa çalışmayın. Özünüzü yüksək qiymətləndirin. Və əgər bu sizə görə uğur deyilsə, o zaman çox məyus olacaqsınız və uğursuzluqlara dözməyə davam edəcəksiniz.

Söhbət sizinki ilə müqayisədə daha güclü perspektivdən gedir. İnkişafınız da elə bu nöqtədə sürətlənir. Bu vaxt artıq siz gərgin işinizin əvəzinin ödənilməyə başladığını görürsünüz. Həm də sizin nəticələriniz uğura yaxınlaşdığınızı göstərir.

Mütaliə. Və münasibət. Bu yaxşı işləyir.

Unutmayın ki, özünüzü rahat hiss etməniz yolun yarısı deməkdir. Zəhmətsiz heç bir tam nəticədən danışmaq olmaz.

Qərarlarınızın gücünü qəbul etməyə vaxt ayırın. Çətinliklərdən qaçmayın – onları özünüzün super gücünüz olaraq qəbul edin.