28 C
Baku
Saturday, July 27, 2024

Həyatın yaşam sığortası üzrə sığorta şirkətlərin gəlirləri yüksəlsə də, qazancları kəskin azalıb

Azərbaycanda həyatın yaşam sığortasının (HYS) yığımlarının 2023-cü ilin ilk iki ayında kəskin yüksəlsə də, xərclər onların qazancına xeyli təsir edib.

Bunu Banker.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin fevralı üçün sığorta sinifləri üzrə statistik rəqəmlərinə istinad edir.

Belə ki, sığorta şirkətləri ilin ilk iki ayında  64 milyon 933.87 min manat həcmində HYS üzrə sığorta haqqı yığıblar. Bu da illik müqayisədə 41%-lik yüksəliş trendidir.

HYS üzrə ödənişlərin həcmi isə illik müqayisədə 4 dəfə artaraq 37 milyon 348.93 min manat təşkil edib.

Yanvar-fevral üzrə sığorta yığımları ilə sığorta xərcləri arasında fərq 27 milyon 584.94 min manat təşkil edib. Öncəki ilin müvafiq aylarında sığorta şirkətlərin bu biznes üzrə qazancı 36 milyon 829.33 min manat idi.

Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında ümumi həyat sığortası üzrə 69 milyon 634.5 min manat yığım, 37 milyon 517.2 min manat isə ödənişlər olub. Həyat sığortası Azərbaycanın sığorta sektorunun ötən il 36%    olduğu halda, bu il 41%-ə yüksəlib.

Həyatın yaşam sığortası sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növüdür.

Həyatın yaşam sığortası, min manatla:

Sığorta haqqları Sığorta ödənişləri Fərq
 yan 2022                                  22,694.46                   4,581.25      18,113.22
 fev 2022                                  46,183.67                   9,354.34      36,829.33
 mar 2022                                  80,697.02                 15,984.47      64,712.55
 apr 2022                                136,694.31                 29,132.59    107,561.72
 may 2022                                164,810.08                 49,286.60    115,523.48
 iyn 2022                                191,585.13                 81,272.69    110,312.43
 iyl 2022                                232,489.71               130,339.95    102,149.76
 avq 2022                                263,969.87               155,445.64    108,524.23
 sen 2022                                294,363.25               173,867.74    120,495.51
 okt 2022                                327,112.11               197,402.21    129,709.89
 noy 2022                                359,275.30               225,664.29    133,611.01
 dek 2022                                396,687.23               242,078.28    154,608.95
 yan 2023                                  32,304.25                 19,572.75      12,731.50
 fev 2023                                  64,933.87                 37,348.93      27,584.94
Son xəbərlər
Digər xəbərlər