5 C
Baku
Wednesday, February 21, 2024

Həyatın yaşam sığortasına yatırımlar 87 milyon manatdan çox artıb

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlər 37.5% artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığorta şirkətləri vasitəsilə toplanan sığorta yığımlarının həcmi 319 milyon 563 min manata çatıb.

Ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 87 milyon 73 min manat artıb. Belə ki, 2022-ci ilin 7 ayında həyat sığorta şirkətləri 232 milyon 490 min manat sığorta haqqı toplaya bilmişdir.

2023-cü ilin yanvar-iyul aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 27% artaraq 165 milyon 434 min manata çatıb. 2022-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 130 milyon340 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər