11 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Həyatın yığım sığortasına köçürülən maaşlar artır – 36 milyonluq artım

2020-ci ilin sentyabr ayında Azərbaycanın 4 həyat sığortası şirkəti tərəfindən könüllü həyat sığortaları üzrə 197 milyon 358 min manat, icbari həyat sığortası üzrə 41 milyon 938 min manat sığorta haqları toplanıb (cəmi 239 milyon 296 min manat).

Banker.az xəbər verir ki, könüllü həyat sığortaları üzrə toplanmış sığorta haqlarının 163 milyon 39 min manatı həyatın yaşam sığortasının (yığım sığortası) payına düşüb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 36 milyon 231 min manat və ya 29% artıb.

Həyatın yaşam sığortası üzrə hesablanmış sığorta haqlarında bu il ötən ilin eyni dövrü ilə müqayisədə artım olasa da hələ də 2018-ci yanvar-sentyabr ayları ilə müqayisədə azadır. Belə ki, 2018-ci ilin ilk 9 ayında 194 milyon 169 min manat sığorta haqları hesablanmışdı.

Cari ilin yanvar-sentyabr ayında həyatın yaşam sığortası üzrə sığorta ödənişləri isə 183 milyon 224 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu növ üzrə sığorta ödənişləri 79 milyon 727 min manat təşkil etmişdi.

Qeyd edək ki, Azərbaycanda 4 həyat sığortası şirkəti (Atəşgah Həyat, PAŞA Həyat, Qala Həyat və Xalq Həyat) fəaliyyət göstərir.
Son xəbərlər
Oxşar xəbərlər
X