25 C
Baku
Saturday, July 27, 2024

Həyatının axarı öz əlindədir!

1. Özün haqqında pis fikirləşməkdən əl çək! Sən – unikal insansan, şübhə edərək və öz gücünə inanmayaraq öz daxili “mən”-ini təhqir edirsən. Bunu özünə tez-tez xatırlat.

2. Digərlərinin sənin haqqında nə düşündüyü – onların problemidir! Bir insan heç nəyə nail olmadığı sahə üzrə səni mühakimə edirsə, onun fikrinin heç bir dəyəri yoxdur. İnkişaf etməkdə olan insanlar uğurlu insanların yolu ilə gedirlər və yaxşı mənada onları təqlid edirlər. Onların kimisə qınamaq üçün artıq vaxtları yoxdur. Digərlərini qınamaq və mühakimə etmək – “yerində sayan” və fəaliyyətə keçməkdən qorxan uğursuzların işidir. Məgər sənə uğursuzların fikirləri vacibdirmi?!

3. Etdiyin hər bir şeyi dərk edərək et! Sən kimsən, hardasan və nə ilə məşğul olursan? – bu sadə suallar sıxıcı fəaliyyətsizlik vəziyyətindən çıxmağa kömək edəcək. Bu fəaliyyətsizlik bizim adət etdiyimiz vəziyyəti dəyişməyimizə mane olaraq, inkişafımızı dayandırır.

4. Uğursuzluq yoxdur, təcrübə var! Öz məqsədinə gedən yolda problemlərlə üzləşmək – hər şeyi yarıda atmaq üçün səbəb deyil, əksinə yolunu düzəltmək üçün bir şandır.

5. Sadəcə hərəkətə keç! Tərəddüd etmək insana xasdır. İnsan gələcəkdə nə olacağını 100 faizliklə təxmin edə və öz şübhələrindən azad ola bilməz. Fəaliyyət – əminsizlik və qorxulara qarşı ən yaxşı dərmandır.

Son xəbərlər
Digər xəbərlər