15 C
Baku
Saturday, April 20, 2024

Həyatınızı dəyişəcək 25 fəlsəfi kitab

1. “Dövlət”, (B.E.Ə. 380) Platon
Platonun “Dövlət” kitabı neçə əsrdir siyasət və dövlət fəlsəfəsi üzərində baş sındıranların, “ideal dövlət, cəmiyyət necə olmalı?” deyə sual verənlərin oxuduğu bir kitab.

2. “Nikomax etikası”, (B.E.Ə. 350) Aristotel
Fəlsəfə tarixinin ən məhsuldar filosoflarının önündə gələn, neçə əsrdir fəlsəfi paradiqmaları müəyyənləşdirmiş Aristotelin oğlu Nikomaxa həsr etdiyi etika kitabı.

3. “Hökmdar”, (1532) Nikkolo Makiavelli
Bu gün makiavelist sözünü eşidəndə ağlımıza iqtida və mənfəət uğrunda hər şeyi edə bilən, heç bir etik dəyəri olmayan şeytani tip gəlir. Bu söz məhz İtaliya siyasət filosofu Nikkolo Makiavellinin adından gəlir. Makiavelli başqa kitablar da yazsa da şöhrətini əsasən “Dövlət” əsəri ilə qazanıb.

4. “Həndəsənin yaranması haqqında meditisiyalar”, (1641) Rene Dekart
“Meditasiyalar”da Dekart “ilk fəlsəfə” kimi Tanrının varlığı başda olmaqla ən geniş xətləriylə metafizikadan bəhs edir. Dekartın «cogito ergo sum» (“Düşünürəm, deməli varam”) fikrini dediyi kitabdır.

5. “Leviafan”, (1651) Tomas Hobbs
“Leviafan” Tomas Hobbs tərəfindən yazılmış siyasət, dövlət və hüquq fəlsəfəsinin təməl mətnlərindəndir. “Leviafan” sözü bu əsərdə mütləq güc və səlahiyyətlərə sahib dövləti ifadə etmək üçündür.

6. “Etika”, (1677) Benedikt Spinoza
Latınca yazılmış bu kitab Spinoza vəfat edəndən sonra çap edilib, onun ən məşhur əsəridir.

7. “İnsan şüuru haqqında təcrübə”, (1690) Con Lokk
“İnsan şüuru haqqında təcrübə” Qərb fəlsəfəsinin əsas əsərlərindən hesab olunur. Lokk bu əsərdə elmin təcrübə və müşahidəyə dayandığını, ruhun da bunlara istinadən düşüncəni inkişaf etdirməsi fikrini irəli sürüb.

8. “İnsan biliyinin prinsipləri haqqında traktat”, (1710) Corc Berkeley
“İnsan biliyinin prinsipləri haqqında traktat” dünyada yalnız ruhların və ruhların ideyalarının (idelerinin) var olduğunu, maddənin var olmadığı fikrini irəli sürən ingilis fikir adamı Corc Berkeleyin ən vacib əsəridir.

9. “İnsan idrakı haqqında”, (1748) Devid Yum
“İnsan idrakı haqqında” adlı əsərində Devid Yum insan ağlının sərhədləri mövzusunda düşündürücü qavramları və sualları araşdırır.

10. “İctimai müqavilə”, (1762) Jan Jak Russo
Məşhur fransız maarifçi filosofu Jan Jak Russo “İctimai müqavilə” əsərində siyasi sistemin qurulması üçün ən yaxşı üsulun ictimai müqavilə olması fikrini irəli sürür.

11. “Xalis zəkanın tənqidi”, (1781) İmmanuel Kant
“Xalis zəkanın mühakiməsi” fəlsəfə tarixinin ən böyük filosoflarından biri olan Kantın ən vacib əsərlərindən hesab olunur.

12. “Ruhun fenemenologiyası”, (1807) Georq Vilhelm Fridrix Hegel
“Ruhun fenemenologiyası” fəlsəfənin ən çox müzakirə olunan nümayəndələrindən biri Hegelin ən vacib əsərlərindəndir.

13. “Dünya iradə və təsəvvür kimi”, (1819) Artur Şopenhauer
Şopenhauerin fəlsəfi düşüncələrinin əsasını təşkil edən əsərdir.

14. “Qorxu və həyəcan”, (1843) Sorn Kyerkeqor
Ekzistensializmin sələflərindən sayılan danimarkalı filosof və teoloq Kyerkeqorun ən məşhur əsərlərindən biri.

15. “Kommunist partiyasının manifesti”, (1848), Karl Marks-Fridrix Engels
“Kommunist partiyasının manifesti” Karl Marks və Fridrix Engels tərəfindən yazılan ilk kommunist əsərdir. Marks və Engels bu əsərdə proletariatın burjuaziya və istehsal vasitələrinin özəl mülkiyyətini inqilab yolu ilə aradan qaldıraraq sinifsiz cəmiyyət qurmağı təklif edirdilər.

16. “Utilitarizm”, (1863) Con Stüart Mill
Utilitarizmin öndə gələn müdafiəçisi olan ingilis filosof, iqtisadçı Mill bu əsərində utilitarzimdən bəhs edir.

17. “Zərdüşt belə söyləmiş”, (1883) Fridrix Nitşe
Bütöv adı “Zərdüşt belə demişdi: Hər kəs və heç kim üçün kitab” adlı əsər dahi alman filosof Fridrix Nitşenin öz fəlsəfəsinindən bəhs etdiyi ən önəmli əsəridir.

18. «Məntiqi-fəlsəfi traktat”, (1921) Lüdviq Vitgenşteyn
Bu, avstriyalı dahi filosof Lüdviq Vitgenşteynin ölümündən öncə çap etdirdiyi ilk və yeganə əsəridir.

19. “Varlıq və zaman”, (1927) Martin Haydegger
Alman filosof Martin Haydeggerin 1927-ci ildə çap olunmuş əsəridir. Ekzistensializmin ilk və fundamental əsəridir. XX əsr fəlsəfəsinə güclü təsiri olmuşdur.

20. “Varlıq və heçlik”, (1943) Jan Pol Sartr
“Varlıq və heçlik” Jan Pol Sartın ilk dəfə 1943-cü ildə çap olunan əsəridir. Bu əsər də ekzistensializmin ən vacib əsərlərindən sayılır.

21. “Açıq cəmiyyət və onun düşmənləri”, (1945), Karl Popper
XX əsrin ən təsirli fəlsəfi əsərlərindən biridir. Bertand Rasselin “demokratiyanın qüvvətli və dərin müdafiçəsi” adlandırdığı əsər Platon, Hegel və Marksın fəlsəfəsinin mərkəzdən idarəetmə siyasi sistemlərinin tənqididir.

22. “İkinci cins”, (1949) Simona de Bovuar
Feminizmin ən böyük fikir adamlarından olan Simona de Bovuarın bu əsərində freydist tərəfləri qabardılan feminist ekzistensializmdən bəhs olunur.

23. “Minima Moralia”, (1951) Teodor Adorno
“Minima Moralia” filosof, sosioloq, musiqiçünas və bəstəkar Teodor Adornonun ən böyük əsəridir.

24. “Sözlər və əşyalar”, (1966) Mişel Fuko
Fransız filosof, sosioloq və tarixçi Fukonun ən önəmli əsərlərindən biri olan “Kəlmələr və şeylər” qarşılaşdırmalı iqtisadiyyat, təbiət və dil elmlərinə aid əsər idi və müəllifə böyük uğur qazandırdı.

25. “Qrammatologiya”, (1967) Jak Derrida
Dekonstruksiya kimi tanınan tənqidi konsepsiyanın qurucusu sayılan fransız filosof Jak Derridanın vacib əsəridir.

Kayzen.az

Son xəbərlər
Digər xəbərlər