Həyatınızı dəyişdirəcək 8 faydalı vərdiş

1. Gününüzün ilk saatını vacib tapşırıqlara sərf edin

Bunu etmək üçün gün ərzində nəyə nail olmaq istədiyinizi başa düşməlisiniz. Beləliklə, dərhal əsas olan məsələdən başlamış olursunuz. Heç vaxt gününüzü xırda tapşırıqlarla başlamayın. Bu, uzunmüddətli hədəflərə doğru getməyinizə kömək etməyəcəkdir.

Məsələn, elektron poçtu və ya kompüter (telefona) gələn bildirişləri yoxlamaq, onları təhlil etmək. Bu cür işlərə əsas vəzifəni yerinə yetirdikdən sonra diqqət ayırın.

Əgər gününüzü ən vacib işlə başlasanız, sonrakı saatlarda da məhsuldar ola biləcəksiniz. Hər şey gözünüzdə çox sadə görünəcək.

2. Bir dəfəyə bir işi edin

Bildiriş və ya mesajın diqqətimizi pozaraq, fikrimizi bir şey üzərində cəmləşdirməyə çətinlik çəkməyimizə səbəb olması təəccüblü deyil. Alimlərin fikrincə, konsentrasiya pozulandan sonra yenidən işə qayıtmağımız üçün təxminən 23 dəqiqə tələb olunur. Əgər tez-tez diqqətinizi bir işdən digərinə yönəltsəniz, işinizin keyfiyyəti nəzərəçarpacaq qədər aşağı düşəcək. Buna görə çoxvəzifəliliyi unudun və bir dəfəyə yalnız bir işi görün. Əgər konsentrasiyanı daha da yaxşılaşdırmaq istəyirsinizsə, hər bir tapşırığa müəyyən qədər vaxt ayırın.

Bu işdə sizə “Pomidoro” metodu kömək edə bilər. Bir iş üzərində yarım saat işlədikdən sonra beş dəqiqə fasilə edin və yenidən işə başlayın.

3. Hər zaman yeni biliklər əldə edin

Hər hansı bir məşhur alim, sahibkar və ya tarixi şəxsiyyəti xatırlayın – onların hər biri daim özünütərbiyə ilə məşğul olub. Onlardan nümunə götürün və mütəmadi olaraq yeni məlumatlar öyrənin. Bunu harada edəcəyiniz vacib deyil: bu, universitet auditoriyası, kafe və ya başqa bir yer ola bilər. Əsas odur ki, maraqlı olasınız.

Vacib deyil ki, öyrənməyə saatlarla vaxt sərf edəsiniz. Gündəlik həyatınızdakı boşluqlardan istifadə edin. Bunu mütəmadi olaraq etməyə çalışın. Dünya görüşünüzü genişləndirmək üçün mümkün qədər çox mənbəyə baxın. Kitablar və məqalələr oxuyun, videolara baxın, onlayn kurslara yazılmaq üçün qeydiyyatdan keçin.

4. Lateral düşüncəni inkişaf etdirin

Ümumiyyətlə, biz adətən şaquli düşünürük: addım-addım irəliləyirik, təhlil edirik, faktlara əsaslanırıq və hamının qəbul etdiyi yanaşmalara güvənirik, sonda isə gözlənilən nəticəni əldə edirik. Lateral düşüncə bu qaydaları pozur və bizə daha çox geniş seçimlər verir.

“Turboeffekt” kitabının müəllifi Şeyn Snou bu haqda daha geniş yazır. Daha sadə desək, qısa zamanda böyük müvəffəqiyyətə nail olmaq üçün bir problemə müxtəlif tərəflərdən yanaşmalısınız. Lateral düşüncə sizə bu işdə kömək edə bilər.

5. Gündə ən azı 5 dəqiqə dərketməyə xərcləyin

Mütəmadi olaraq dərketmə ilə məşğul olan insanlarda stress səviyyəsi daha aşağı olur və bir çox tədqiqatlar bunu təsdiq edir. MRT müayinələri göstərir ki, meditasiya zamanı beynin emosional reaksiyaya cavab verən hissəsi bir qədər kiçilir.

Dərketməni inkişaf etdirmək üçün saatlarca düşünməyə ehtiyac yoxdur. Sadəcə ətrafınızda baş verən tez-tez diqqət yetirin. Düşüncələrinizdə və hisslərinizdə nələrin təkrarlandığını müəyyən edin.

Keçmiş haqqında düşünməyə və narahat olmağa son qoyan kimi kiçik şeylərə qiymət verməyə başlayırıq, əvvəllər diqqət etmədiyimiz fürsətləri görürük.

6. Hər gün kitab oxuyun

Oxumaq beyini işlək vəziyyətə gətirir və məşq etdirir, o cümlədən hadisələr arasındakı əlaqələri görməyi və onlardan nəticə çıxarmağı öyrədir. Kitab oxuyarkən beyin simfonik orkestrlə müqayisə edilə bilər – bütün sahələr bir-biri ilə qarşılıqlı əlaqəyə girib melodiya yaradır.

Dinləmə və izləmədən fərqli olaraq, kitab oxumaq daha çox enerji tələb edir və nəticə olaraq bizə daha böyük fayda verir. Əlavə bonus: gündəlik oxuma koqnitiv imkanları genişləndirir və erkən yaşlanmanın qarşısını alır.

7. Dünyanın digər mənzərələri ilə tanış olun

Biz şüuraltı olaraq həmişə bildiyimiz şey haqqında məlumat axtarırıq. Bu cür koqnitiv aldatma dünyagörüşümüzü qorusa da, daha geniş düşünməyə qoymur. Buna görə başqa baxış nöqtələrini axtarmaq vacibdir.

Digər mədəniyyətlər və dillərlə maraqlanın, başqalarının fikirlərini rədd etməyin, müzakirələrə açıq olun. Ümumiyyətlə, əvvəllər görməməzlik etdiyiniz məlumatları oxuyun.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.