13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Həyatınızın keyfiyyəti özünüzə verdiyiniz sualların keyfiyyəti ilə müəyyən edilir

faizlere

Toni Robbins və digər ağıllı liderlər deyirlər ki, “həyatınızın keyfiyyəti özünüzə verdiyiniz sualların keyfiyyətindən asılıdır”. Niyə? Suallar cavablara gətirib çıxarır, onlar isə duyğular oyadır və bizi hərəkətə keçməyə sövq edir. Hərəkəti müəyyən edən şey impulsdur. 

İmpuls olmasa, istədiyiniz məqsədlərə nail ola bilməyəcəksiniz. Unutmayın ki, tez-tez “start-stop” etməklə və ya mürəkkəb problemlərin asan həlli yolunu axtarmaqla işinizi çətinləşdirirsiniz. Daha sadə desək, iki addım irəli və qırx addım geriyə atmış olursunuz. 

  1. Bu anda etməli olduğunuz və uzun müddətdir ki, təxirə saldığınız üç əsas şey nədir?
  2. Daha böyük məqsədlərə çatmaq üçün imtina etməli olduğunuz iki şey?
  3. Kimlə münasibətinizi düzəltməlisiniz?
  4. “Qısa zamanda zənginləşmə” mətodlarına əl atmadan, xəyal etdiyiniz həyatı qurmaq və yaşamaq üçün sizə nə qədər pul lazımdır?
  5. Son aylarda sizi yatmağa qoymayan və mümkün qədər tez həll etməli olduğunuz problemlər hansılardır?
  6. Məqsədinizə yaxınlaşmaq üçün hazırda kimləri işə götürməlisiniz (və ya işdən çıxarmalısınız)?
  7. Hansı qorxudan danışmaqdan çətinirsiniz?
  8. Mövcud maliyyə vəziyyətinizdən tamamilə razısınız, yoxsa həmişə şanslı olacağınıza ümid edirsiniz?
  9. İşləri tamamlamaq üçün düzgün vasitələrdən istifadə edirsiniz?
  10. Daha çox sadə həll yollarına meyllisiniz, yoxsa çox çalışmağa hazırsınız?
  11. Başqalarının fikirləri və tənqidləri sizi ideyalardan imtina etməyə məcbur edirmi? Nə qədər tez-tez?
  12. Yaşamağa bir neçə gün qaldığını bilsəydiniz, indi məşğul olduğunuz işlərlə məşğul olmağa davam edərdiniz?
  13. Son hadisəyə görə “təşəkkür edirəm” və ya “bağışların” deyirsiniz?
  14. Sizə güvənən insanlarla daha səmimi olmaq üçün özünüzdə nəyi dəyişdirməlisiniz?
  15. Potensialınızı tam şəkildə realizə etmək üçün özünüzdə hansı vərdişləri inkişaf etdirməlisiniz?
  16. İdeyalarınızı dərhal reallaşdırmağa başlayırsınız, yoxsa gözləyirsiniz?
  17. Meditasiya və ya gündəlik məşq üçün vaxt tapmağa çalışırsınız?
  18. Televiziyaya və ya oyunlara gündə nə qədər vaxt ayırırsınız?
  19. Qorxularınıza qalib gəlmək üçün özünüzə vaxt verirsinizmi?
  20. Tənqidçilərə məhəl qoymamaq üçün kifayət qədər güclüsünüz? 
  21. Hər şeyi itirsəniz, nə edərsiniz?
  22. Ən çox qürur duyduğunuz və oxşamaq istədiyiniz 5 insan kimdir?
  23. Əldə etdiyiniz nəticələr ürəyinizcə olmadıqda, kimi günahlandırırsınız?
  24. Sizcə, başqqa insanlar sizi dürüst biri hesab edirmi?
  25. Nə qədər tez-tez böyük planlar qurursunuz və onları reallaşdırmaq üçün heç bir addım atmırsınız?
  26. Başqalarının fikrincə, əsas üstünlüyünüz nədir?
  27. Başqalarına özünüzə qarşı görmək istədiyiniz münasibət göstərirsiniz?
  28. Əgər əvvəlcədən məğlub olacağınızı bilsəydiniz, indi nə edərdiniz?
  29. Buna ehtiyacı olanları qiymətəndirmək üçün fürsət axtarırsınızmı?

Unutmayın ki, impuls ilk addımdan başlayır. Hərəkət impuls yaradır, əksinə yox. 

Uğur – uğurlu olmaq hissi demək deyil. Əgər belə olsaydı, heç kim intizamlı şəkildə işləməzdi. 

Artıq özünüzə sual verməyin vaxtı gəlib çatıb: nələrə nail olmusunuz, nələrə nail ola bilmirsiniz və bunun səbəbi nədir. 

Enerji və motivasiyaya ehtiyacınız olduqda, məqsədinizə çatandan sonra nə hiss edəcəyinizi düşünün. Və sonra hərkətə davam edin. Çünki uğur əhəmiyyət kəsb edir. 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər