9 C
Baku
Thursday, December 26, 2024

Həbs olunmuş generalın 9 milyonluq əmlakının müsadirə olunması tələb edilir

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.

Bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.

Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:

Mövlam Şixəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq – Bakının Səbail, Nəsimi, Nizami və və Binəqədi rayonunda yerləşən daşımaz əmlaklar ;

Mövlam Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri- 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;

Mövlam Şixəliyevanın oğlu Elşən Şixəliyev və qızı Samirə Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri- 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar;.

Qeyd edək ki, prokuror Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər