5 C
Baku
Tuesday, December 30, 2025

Həbsdə olan sabiq icra başçısı azadlığa çıxdı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

Son xəbərlər
Digər xəbərlər