8 C
Baku
Sunday, November 17, 2024

Həbsdə olan sabiq icra başçısı ECMO-ya qoşuldu

Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə M.Quliyevin vəkili məlumat verib.

Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur: “Artıq 10 gündür ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır”.

M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Quliyev təhlükəli koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər