12 C
Baku
Monday, November 18, 2024

Həbsdə olan sabiq icra başçısı müalicə müəssisəsinə köçürülüb

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov müalicə müəssisəsinə yerləşdirilib.

Bu barədə onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, ötən gün cəzaçəkmə müəssisəsində səhhəti pisləşən müvəkkili həkimlərin tövsiyəsi ilə Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb, hazırda həkim nəzarəti altındadır.

Qeyd edək ki, sabiq icra başçısı məhkəmə istintaqı dövründə ürəyindən iki dəfə əməliyyat olunub. Ötən gün isə həkimləri müayinəsindən sonra ürəyində yeni çat əmələ gəldiyi bildirilib.

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər