7 C
Baku
Thursday, December 12, 2024

Hədiyyə və mükafatlar hansı halda vergiyə cəlb edilir?

Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən, təqvim ili ərzində əldə edilən hədiyyələrin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dəyəri 1000 manatdan yuxarı hədiyyə əldə edən fiziki şəxslər vergi orqanında uçota alınaraq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən 14 faiz dərəcə ilə gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir. Belə ki, təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürən öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi hal istisna olmaqla) fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirinə aid edilib.

Eyni zamanda, həmkarlar ittifaqı tərəfindən fiziki şəxslərə verilən maddi yardımlar gəlir vergisindən azaddır. Bununla yanaşı, həmkarlar ittifaqı tərəfindən verilən mükafatın gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığından Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələrinə uyğun olaraq ödəmə mənbəyində vergiyə cəlb olunur.

Son xəbərlər
Digər xəbərlər